Qarabağda intensiv və super-intensiv bağçılıq təşviq ediləcək

Aqrar Subsidiya Şurasının qərarı ilə işğaldan azad edilmiş ərazilərdə intensiv və super-intensiv bağçılıq təşviq ediləcək.
Crossmedia.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan rayonlarında, dəniz səviyyəsindən 500 m-dən yuxarı ərazilərdə salınan, sahəsi ən azı 1 hektar olan, hər hektarda minimum 400 ədəd sertifikatlı ting əkilmiş intensiv şabalıd bağlarına hektarına 3 250 manat,
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının azad edilmiş ərazilərində dəniz səviyyəsindən 550-1 000 metr aralığındakı hündürlükdəki yerləşən ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 1 600 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv gilas bağlarına 16 250 manat,
Ağdam, Ağdərə, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 150-500 metr aralığındakı hündürlükdə yerləşən ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və yaxud bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2 500 ədəd sertifikatlı, patent sahibinə istifadəyə görə mükafatın ödənildiyi tingin əkildiyi intensiv şaftalı (nektarin) və ərik bağlarına – 15 500 manat
Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 500-900 metr aralığındakı hündürlükdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) super-intensiv qoz bağlarına 4 200 manat,
Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səiyyəsindən 500-900 metr aralığındakı hündürlükdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi ocağın olduğu) super-intensiv fındıq bağlarının hər hektarına 4 400 manat əkin subsidiyası veriləcək.
15:28 01.09.2025
Oxunuş sayı: 781