Çempionlar Liqası: "Qarabağ"ın Liqa mərhələsindəki bütün rəqibləri müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı bütün rəqiblər bəlli olub.
Crossmedia.az
xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu
"Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya),
"Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə,
"Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya),
"Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə
qarşılaşacaq.
Qeyd
edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları
sentyabrın 16-18-də keçiriləcək. Son turun görüşləri 2026-cı il yanvarın 28-də
baş tutacaq.
Pley-off
mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında
2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş
tutacaq final matçından sonra müəyyənləşəcək.
21:16 28.08.2025
Oxunuş sayı: 1138