Samvel Karapetyanın Ermənistanda yeni partiya yaratdığı açıqlanıb

Ermənistanda “Taşir” Qrupunun rəhbəri, rusiyalı oliqarx Samvel Karapetyan tərəfindən yaradılan yeni partiya barədə rəsmi elan sentyabr ayında veriləcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, yeni partiya “Mer dzevov” (“özümüzə görə”, “öz yolumuzla”) ifadəsi ilə assosiasiya olunacaq.
Sentyabrda partiyanın qurultayı keçiriləcək, bundan sonra Karapetyanın qardaşı oğlu – Narek Karapetyan partiyanı faktiki olaraq açacaq və yeni siyasi qüvvənin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edəcək.
Pərvin Hacıyeva
12:15 27.08.2025
Oxunuş sayı: 654