Rusiya ordusunun Ukraynada yay hücumu iflasa uğradı

2024-cü ilin noyabr ayından bəri ən sürətli hücum tempinə baxmayaraq, Rusiya ordusu üç aylıq yay dövründə Ukrayna ərazisinin cəmi 0,3%-ni – təxminən 1800 kv. km ərazini işğal edə bilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşrinin hərbi şərhçisi Yulian Repke yazıb.
Aprel–avqust 2025-ci il üçün Moskvanın qarşıya qoyduğu əsas hədəflərin əksəriyyəti isə yerinə yetirilməyib:
Pokrovsk ələ keçirilməyib.
Çerniqov, Sumı və Xarkov vilayətlərində nəzərdə tutulan “bufer zonaları” yaradılmayıb.
Zaporojye və Xerson vilayətlərindəki cəbhə xətti dəyişməz qalıb.
Xumar Emilqızı
11:43 27.08.2025
Oxunuş sayı: 745