Arizonada qum fırtınası Finiks hava limanını iflic etdi

ABŞ-nin Arizona ştatının Finiks şəhərində baş verən qum fırtınası yerli Sky-Harbor beynəlxalq hava limanının fəaliyyətini dayandırıb və 41 mindən çox insanı elektrik enerjisiz qoyub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Federal Mülki Aviasiya Administrasiyasının məlumatına görə, pis hava şəraiti səbəbindən hava limanı yarım saatlıq fasilə ilə reyslərin göndərilməsini dayandırıb. Üç reys ləğv edilib, 104 reys gecikdirilib, bir reys isə digər hava limanına yönləndirilib.
Hava limanının nümayəndəsi binada su sızmaları və digər zədələrin qeydə alındığını, ümumi ziyanın hələ qiymətləndirildiyini bildirib. Yaralananlar barədə məlumat yoxdur.
Pərvin Hacıyeva
12:18 26.08.2025
Oxunuş sayı: 708