Zelenski: Ukraynaya hər ay ən azı 1 milyard dollar lazımdır

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin ABŞ-dən silah ala bilməsi və Rusiyanın təcavüzünə qarşı müqaviməti davam etdirməsi üçün müttəfiqlərdən aylıq ən azı 1 milyard dollar maliyyə dəstəyi tələb olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Kiyevdə Norveçin Baş naziri ilə birgə mətbuat konfransında açıqlayıb.
Məlumata görə, bu yay ABŞ və NATO Ukraynaya silah tədarükü üçün yeni mexanizm – Priority Ukraine Requirements List (PURL) sistemini işə salıb. Yeni sxemə görə, Ukrayna ehtiyac duyduğu silahların siyahısını təqdim edir, NATO üzvləri isə onların ABŞ anbarlarından alınmasını maliyyələşdirir.
Zelenski vurğulayıb ki, fasiləsiz maliyyələşmə Ukraynanın cəbhə xəttində mövqelərini qoruması və müdafiəsini davam etdirməsi üçün həyati əhəmiyyət daşıyır.
Fidan Xəlilova
22:28 25.08.2025
Oxunuş sayı: 983