Lavrov: “SSRİ yazılı sviter nostaljidir, bərpa arzusu deyil”

Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada keçirilən Rusiya–ABŞ sammitində “SSRİ” yazılı sviter geyinməsinə aydınlıq gətirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Nazirin sözlərinə görə, bu addım Sovet İttifaqını bərpa etmək niyyətini ifadə etmir. “Biz Sovet İttifaqında doğulmuşuq. Prezident Vladimir Putin dəfələrlə deyib ki, SSRİ-nin dağılmasına görə peşman olmayanın qəlbi yoxdur. Amma onu bərpa etmək istəyənlərin də başı yoxdur. Bu, tamamilə doğru fikirdir”, Lavrov bildirib.
O, əlavə edib ki, SSRİ yazısı keçmişə bağlılıq və şəxsi xatirələrdən qaynaqlanır: “Əgər insan öz köklərini xatırlamırsa, uşaqlıq, gənclik, ilk sevgi və dostlarla bağlı nostalji xatirələri yoxdursa, o zaman insanlığı və insani dəyərləri tam olaraq dərk edə bilmir. Xatirələri qorumaq bir şeydir, amma hər yeri hərbi yolla ələ keçirmək başqa məsələdir”.
Nigar Rəhimova
10:19 25.08.2025
Oxunuş sayı: 1362