Bu günə olan hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° isti olacaq.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.
09:04 25.08.2025
Oxunuş sayı: 1143