Mario Draqi: “Avropa müşahidəçi yox, iştirakçı olmalıdır”

İtaliyanın sabiq baş naziri Mario Draqi Avropa İttifaqının son illərdəki rolunu tənqid edib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Aİ uzun müddət 450 milyon istehlakçının geosiyasi güc üçün kifayət edəcəyinə inanıb, lakin 2025-ci il bu illüziyanı dağıdıb.
Draqi bildirib ki, Avropa ABŞ-ın tətbiq etdiyi tarifləri qəbul etməyə və hərbi xərcləri artırmağa məcbur olub. O, həmçinin vurğulayıb ki, Ukrayna və Qəzza məsələlərində Aİ aktiv tərəf kimi yox, sadəcə müşahidəçi kimi çıxış edib.
“Avropa hadisələrin iştirakçısı olmalı, kənardan baxmaqla kifayətlənməməlidir”, – deyə sabiq baş nazir qeyd edib.
Nicat Rüstəmzadə
21:04 24.08.2025
Oxunuş sayı: 864