Çində sentyabr paradı öncəsi HQ-29 HHM sistemi görüntüləndi

Pekində sentyabr paradı öncəsi keçirilən məşqlər zamanı Çin istehsalı HQ-29 hava hücumundan müdafiə sistemi görüntülənib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, HQ-29 ekzoyerdə fəaliyyət göstərən mobil raketdən müdafiə platformasıdır. Sistem qitələrarası ballistik raketləri (QBR), orta mənzilli raketləri, hipersəsli raketləri və hətta potensial olaraq peykləri məhv etmək üçün nəzərdə tutulub.
Rəsmi Pekin bunu təsdiqləməsə də, ekspertlər HQ-29-un, oxşar texnologiyaya sahib HQ-19 sistemindən daha üstün olduğunu bildirirlər. HQ-19 ABŞ-ın THAAD kompleksinə bənzər şəkildə hədəfi kinetik zərbə ilə məhv edir.
HQ-9 ailəsindən fərqli olaraq (aşağı hündürlükdə terminal müdafiəyə yönəlmişdir), HQ-29-un ABŞ-ın Standard Missile-3 və Rusiyanın S-500 sistemləri arasında boşluğu dolduracaq strateji imkanlara sahib olduğu ehtimal edilir.
Xumar Emilqızı
16:01 24.08.2025
Oxunuş sayı: 1020