Rusiya kütləvi PUA hücumuna məruz qaldı

Bu gecə və səhər Rusiyanın bir neçə bölgəsinə PUA-larla hücum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Samara vilayətində hücum 3 saatdan çox davam edib, 20-dən çox partlayış səsi eşidilib. Neft emalı zavodunun vurulduğu bildirilir, ziyanın miqyası hələ dəqiqləşdirilir.
Leninqrad vilayətində isə Ust-Luqa limanı hədəf alınıb. Sökülən PUA-nın qalıqları NOVATEK şirkətinə məxsus neft terminalına düşüb və yanğın başlayıb. Rəsmi məlumatlara görə, bölgədə 10 PUA vurulub.
Qeyd edək ki, hücumlar hələ də davam edir.
Fatimə Məmmədova
15:56 24.08.2025
Oxunuş sayı: 861