Pulkovo hava limanında uçuşlar təxirə salındı

Sankt-Peterburqdakı Pulkovo hava limanında dron hücumu təhlükəsi səbəbindən təxminən 70 reys gecikib, bəziləri isə ləğv olunub.
Crossmedia.az xəbər verir ki, məhdudiyyətlər beynəlxalq istiqamətlərə də təsir edib — Bakı, İrəvan, Sanya və Batumi reysləri də bu qərardan zərər çəkib.
Qadağalar Tosno rayonunda pilotsuz uçuş aparatının vurulmasından sonra tətbiq olunub. Rəsmi qurumlar bildiriblər ki, hadisə nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb.
Nicat Rüstəmzadə
19:34 23.08.2025
Oxunuş sayı: 717