Kalininqrad yaxınlığında nəhəng antena tikilir

Peyk görüntüləri Rusiyanın Kalininqrad vilayətində yeni nəhəng antena sisteminin inşa edildiyini göstərir. Obyekt Polşa sərhədindən cəmi 25 kilometr məsafədə yerləşir.
Crossmedia.az xəbər verir ki, diametri təxminən 1,6 kilometr olan dairəvi antena sistemi (CDAA) adi qurğulardan xeyli böyükdür.
Ekspertlər hesab edirlər ki, bu antena siqnal kəşfiyyatı (SIGINT) və radioelektron mübarizə məqsədləri üçün nəzərdə tutulub. Onun NATO kommunikasiya xətlərinin izlənilməsi, bölgədəki hərbi qüvvələrin hərəkətlərinin monitorinqi və həmçinin Rusiyanın sualtı qayıqları ilə rabitə üçün istifadə oluna biləcəyi istisna edilmir.
Nicat Rüstəmzadə
18:34 23.08.2025
Oxunuş sayı: 740