Azərbaycanda istehlak edilmiş qazın 59 %-i istehsal ehtiyaclarına sərf edilib

Bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 milyard 613,1 milyon kubmetr təşkil edib.
Bu barədə Crossmedia.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, təbii qaz üzrə ehtiyatların 29,3 %-i ölkə daxilində istehlak edilib, 58,7 %-i ixrac olunub, 2,4 %-i itkiyə gedib, 9,6 %-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,2 %-i istehsal ehtiyaclarına sərf edilib, 40,8 %-i isə əhaliyə satılıb.
Bu ilin yanvar-iyun aylarında 12 milyard 682,1 milyon kubmetr və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 % az təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2 milyard 584,8 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 % çox təbii qaz istehlak edilib, onun 36,8 %-i Bakı şəhərinin, 3,2 %-i Naxçıvan Muxtar Respublikasının, 11,6 %-i Abşeron-Xızı, 6,1 %-i Gəncə-Daşkəsən, 6 %-i Lənkəran-Astara, 5,8 %-i Qazax-Tovuz, 5,7 %-i Mərkəzi Aran, 5,3 %-i Şəki-Zaqatala, 4,9 %-i Quba-Xaçmaz, 4,7 %-i Qarabağ, 3,8 %-i Mil-Muğan, 3,6 %-i Şirvan-Salyan, 2,4 %-i Dağlıq Şirvan, 0,1 %-i isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
13:45 20.08.2025
Oxunuş sayı: 772