Google Gemini Rusiyada aktiv oldu

Rusiyada daha əvvəl əlçatan olmayan Google Gemini neyroşəbəkəsi gözlənilmədən işləməyə başlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər əvvəllər giriş etməyə cəhd edərkən “Gemini hələ sizin ölkənizdə dəstəklənmir” bildirişi ilə qarşılaşırdılar.
Hazırda isə xidmət rusiyalı istifadəçilər üçün aktivdir. Bunun ABŞ–Rusiya sammiti ilə bağlı olub-olmadığı hələlik açıqlanmayıb.
Pərvin Hacıyeva
11:46 16.08.2025
Oxunuş sayı: 698