"Sülh üçün çalışmaq" Tramp-Putin görüşünün əsas şüarıdır

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın danışıqlarının keçiriləcəyi Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında "Sülh üçün çalışmaq" şüarı yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, banner hazırda sammit nəticələrinə
dair liderlərin birgə mətbuat konfransının hazırlandığı zalı bəzəyir.
Xatırladaq ki, hazırda otaqda son hazırlıqlar gedir, iki ölkənin bayraqları
asılıb və avadanlıqlara son texniki baxış keçirilməkdədir.
22:25 15.08.2025
Oxunuş sayı: 874