Zelenski: “Danışıqlar günündə də Rusiya insan öldürür”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya tərəfi danışıqlar aparıldığı gün belə hücumlarını davam etdirir və bu, Kremlin niyyətlərini açıq şəkildə göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
"Bu, çox şeydən xəbər verir. Əvvəlki gün biz ABŞ və Avropa tərəfdaşlarımızla müzakirə etdik ki, hansı addımlar həqiqətən nəticə verə bilər. Hamıya ədalətli müharibə sonu lazımdır. Ukrayna müharibəni bitirmək üçün maksimum səmərəli işləməyə hazırdır. Amerika Birləşmiş Ştatlarının güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq – ruslar yalnız Amerikanın gücü ilə hesablaşırlar. Məhz güclə.” – deyə Zelenski vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, ABŞ-nin mövqeyi və beynəlxalq tərəfdaşların birliyi Rusiyanı atəşkəsə və sülhə məcbur edə biləcək əsas amillərdir.
Xumar Emilqızı
21:40 15.08.2025
Oxunuş sayı: 872