Tramp Putinin Zelenski ilə görüşməsini tələb edir

Ağ Evin nümayəndəsi bildirib ki, ABŞ-nin prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə ancaq o halda görüşməyə razılıq verəcək ki, Putin eyni zamanda Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə də danışıqlar aparsın.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, nümayəndənin sözlərinə görə, Kremlin Ukraynanın iştirak etmədiyi ikitərəfli görüş barədə iddiaları həqiqətə uyğun deyil.
Bu açıqlama Kremlin Tramp və Putin arasında Zelenski iştirak etmədən keçiriləcək görüş planları ilə bağlı yayılan məlumatlara rəsmi cavab kimi qiymətləndirilir.
Pərvin Hacıyeva
21:33 07.08.2025
Oxunuş sayı: 856