Makronun həyat yoldaşı transgenderdir ? - amerikalı jurnalistlər araşdırır

Amerikalı jurnalist Kendis Ouens bu ilin fevralında ABŞ-nin prezidenti Donald Trampdan aldığı telefon zəngi barədə danışıb. Zəng, Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun transqender olması ilə bağlı Ouensin apardığı araşdırma ilə əlaqəli olub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o , bu barədə jurnalist Taker Karlsona verdiyi müsahibədə açıqlama verib.
“Tramp olduqca çaşqın görünürdü. Dedi ki, Fransa prezidenti onunla kənarda ayrıca danışmaq istəyəndə nə baş verdiyini anlamayıb. Bu, Ukrayna ilə Rusiya arasındakı münaqişə barədə deyildi, sadəcə ondan ‘Kendis Ouens adlı birini tanıyırsanmı?’ deyə soruşub”, – deyə, Makronun həyat yoldaşını “kişi” adlandıran jurnalist xatırlayıb.
Ouensin sözlərinə görə, Makron Trampdan xahiş edib ki, onu susdursun və həyat yoldaşı haqqında danışmağı dayandırsın.
Pərvin Hacıyeva
11:38 05.08.2025
Oxunuş sayı: 1010