Rusiyada 129 şəhər yoxa çıxa bilər

Rusiyada yoxa çıxma təhlükəsi olan yaşayış məntəqələrində hazırda 3,4 milyon insan yaşayır və son 10 il ərzində onların əhalisi 314 min nəfər azalıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının (RANXİGS) araşdırmasına əsasən məlumat yayılıb.
Tədqiqat müəlliflərinin qeyd etdiyi əsas səbəblər əhalinin azalması, məşğulluğun aşağı düşməsi və kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalmasıdır. Bildirilir ki, son 10 ildə kiçik şəhərlərin əhalisi 314,5 min nəfər azalıb.
Pərvin Hacıyeva
11:27 05.08.2025
Oxunuş sayı: 1020