“Neftçi” Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib

“Neftçi” Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib.
Crossmedia.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kenan Piriçlə 2 illik müqavilə bağlanıb.
Vətənindən
başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan 31
yaşlı qolkiper 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə
Sloveniya (2018/19) çempionu olub.
O, 2
dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və
Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib.
Qeyd
edək ki, K.Piriç millinin heyətində 8 oyun keçirib.
18:53 26.07.2025
Oxunuş sayı: 871