“Minval Politika” daha bir sensasion audioyazı yayımlayıb

Bu gün yayımlanan səs yazıları Rusiya ordusundakı real vəziyyəti üzə çıxarır.
Səs yazılarında 274 saylı döyüş maşınının ekipaj üzvlərinin ağır xidmət şəraiti, komandirlər tərəfindən göstərilən sistemli təzyiqlər və istirahət imkanlarının olmaması əks olunub.
Audioyazılar 2024-cü il dekabrın 17-də, Qroznıda döyüş növbətçiliyi zamanı qeydə alınıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlamaları Azərbaycan sərnişin təyyarəsini vuran kapitan Dmitri Paladiçuk özü səsləndirib.
Redaksiyanın əlində həmin gün Paladiçukun şəxsi telefonla çəkdiyi videogörüntülər də var. Kadrlarda hava hücumundan müdafiə sisteminə cəlb olunmuş heyətin hansı şəraitdə xidmət etdiyi açıq şəkildə görünür.
Azərbaycan təyyarəsi ilə bağlı hadisə bir daha sübut edir ki, Rusiya səmasında heç bir hava gəmisi təhlükəsiz deyil.
20:22 25.07.2025
Oxunuş sayı: 1659