Ermənistan Zəngəzur yolunu ABŞ-ə icarə vermək planından imtina edib

Ermənistan Zəngəzur dəhlizinin bir hissəsinin amerikalılara icarəyə verilməsi ideyasından imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Arman Eqoyan yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan bu formatı qəbuledilməz hesab edib.
"Biz funksiyaların həyata keçirilməsində deyil, məhz icarə formatında suverenliyə güzəştlər ehtimalını riskli gördük. Bu səbəbdən belə bir variant bizim üçün qəbuledilməz oldu", – deyə deputat vurğulayıb.
Xumar Emilqızı
23:59 24.07.2025
Oxunuş sayı: 1214