Füzuli şəhərində fləşmob təşkil edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində “Böyük Qayıdış”a həsr olunmuş fləşmob keçirilib, videoçarx hazırlanıb.
Crossmedia.az xəbər verir ki, videoçarxda işğaldan azad edilmiş Füzuli şəhərində məskunlaşan sakinlərin gündəlik şəraiti, həmçinin şəhərin gündüz və gecə görüntüləri təsvir edilib. Fləşmobda gecə vaxtı işıqları yandırıb-söndürməklə şəhərdəki binaların fasadında “Füzuli” sözü əks etdirilib.
13:54 21.07.2025
Oxunuş sayı: 748