Rusiya rəsmiləri WhatsApp-ın bloklanacağından danışmağa başlayıblar

Rusiya ərazisində WhatsApp da daxil olmaqla, "qeyri-dost ölkələrə" məxsus xarici onlayn xidmətlərin bloklanması ilə bağlı tarixlər və səbəblər haqqında ictimaiyyət arasında müzakirələr aparılır.
Crossmedia.az xəbər verir ki, sözügedən müzakirələrlə bağlı Dövlət Dumasının informasiya siyasəti komitəsinin rəhbəri Sergey Boyarski özünün Telegram kanalında paylaşdığı videomüraciətdə aşağıdakıları qeyd edir:
“Doğrudur, bütün xarici platformalarla bağlı müəyyən iradlar var – həm qanunvericiliyimizin tələblərinə əməl olunmaması, həm də məlumatların yerli serverlərdə saxlanmaması və fırıldaqçılığa qarşı mübarizə sahəsindəki boşluqlarla əlaqədar. Ancaq konkret tarixlər və səbəblər göstərərək bloklamadan danışmaq, məncə, hələ tezdir,”
Bu hər kəsə aydındır ki, Rusiya ictimaiyyətində bu kimi məsələlərin müzakirəyə çıxması təbii olaraq baş vermir. " Kreml təbliğat maşını" ehtimal ki, rusiya ictimai rəyini növbəti prossesə hazırlayır. Bu kimi müzakirələrin aparılması Rusiyanın özünütəcrid siyasətinin növbəti mərhələsi ola bilər.
22:11 20.07.2025
Oxunuş sayı: 1182