Paşinyan Pezeşkianı Ermənistana dəvət edib

Ermənistanın baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Paşinyan ötən ay baş vermiş faciəvi hadisələrlə bağlı İran prezidentinə başsağlığı verib. Danışıq zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Həmçinin Nikol Paşinyan Məsud Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.
Ermənistanın baş naziri ölkəsinin İranla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
"Biz görüşmək və iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin genişləndirilməsi yollarını ətraflı müzakirə etmək üçün Ermənistana səfərini səbirsizliklə gözləyirik", - deyə o bildirib.
18:21 20.07.2025
Oxunuş sayı: 722