"Yüksəliş"in altıncı müsabiqəsinin formatı müzakirə olunacaq

Ötən müsabiqənin qalibləri ilə bir görüş keçirəcəyik və növbəti müsabiqənin formatı ilə bağlı müzakirələr aparacağıq.
Bunu Crossmedia.az-a özəl açıqlamasında "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O, həmçinin bildirib ki, hazırda dəqiq nə isə demək çətindir: "Amma planımız var ki, növbəti müsabiqəyə ekspertlərimizlə fikir mübadiləsi aparaq".
Ayhan
14:02 20.07.2025
Oxunuş sayı: 1352