Rusiyanın "üzütüpürcəkli" səfirləri Ermənilər Rusiya səfirini danladı

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Yerevandakı səfiri Sergey Kopyrkinə etiraz notası təqdim edib.
Etiraz notasında Rusiya kütləvi informasiya vasitələrində Ermənistan hökumətinə qarşı açıq şəkildə qeyri-dost, bəzən isə düşmənçilik xarakteri daşıyan təbliğatın aparılması ilə bağlı ciddi narahatlıq ifadə olunub. Bildirilib ki, bu cür kampaniyalar bəzi Rusiya rəsmilərinin, Dövlət Duması deputatlarının, KİV nümayəndələrinin və ekspert dairələrinin açıqlamaları ilə daha da qızışdırılır.
Ermənistan XİN Rusiyanın televiziya kanallarında səslənən ifadələri qəbuledilməz adlandırıb və vurğulayıb ki, bu cür bəyanatlar iki ölkənin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində əldə olunmuş müsbət nəticələri sıfıra endirir.
23:24 04.07.2025
Oxunuş sayı: 784