İsrail ordusu 30 fələstinlini həbs edib
İsrail ordusu işğal altındakı İordan çayının işğal altındakı qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 30 fələstinlini saxlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Əsirlər Media Ofisi” adlı qeyri-hökumət təşkilatı məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri səhər saatlarında genişmiqyaslı reydlər keçirərək yaşayış evlərində axtarış aparıb. Əsgərlər evlərdən birini sorğu mərkəzinə çeviriblər.
Saxlanılanların əksəriyyəti İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinin ətrafındandır. Belə ki, Təl kəndində 15, Əsira əş-Şimali kəndində 12, Telfit kəndində isə bir fələstinli saxlanılıb.
Bundan başqa, İsrail hərbçiləri İordan çayının qərb sahilinin şimal-şərqində yerləşən Tubas şəhərində və cənubundakı Əl-Xəlil şəhərində bir nəfəri saxlayıblar.
Məlumatda bildirilir ki, 2023-cü ilin oktyabrında Qəzza zolağında müharibənin başlanmasından sonra işğal altındakı Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində fələstinlilərə və onların mülklərinə qarşı İsrail ordusunun və israilli köçkünlərin hücumları artıb.
23:40 13.10.2026
Oxunuş sayı: 46