“Sabah” qələbə qazandı – YENİLƏNİB
“Sabah” Çexiya klubları üzərində tarixi qələbə qazanıb
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.
Crossmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada hesabı 49-cu dəqiqədə Kahim Parris açıb. Oyunun 88-ci dəqiqəsində isə Coy-Lens Mikels fərqlənərək Azərbaycan təmsilçisinin qələbəsini rəsmiləşdirib.
Bu nəticə “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi olmaqla yanaşı, Azərbaycan klublarının Çexiya təmsilçiləri üzərində ilk qələbəsi kimi də tarixə düşüb.
Qeyd edək ki, “Sabah” ilk matçında İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti oyununu oktyabrın 20-də Almaniyanın “Borussiya” (Dortmund) klubuna qarşı keçirəcək.
22:30
“Sabah” “Slaviya” ilə oyunda hesab arasındakı fərqi artırıb
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya” komandası ilə qarşılaşmada ikinci qolu vurub.
Crossmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşün 88-ci dəqiqəsində Coy-Lens Mikels fərqlənərək hesab arasındakı fərqi artırıb – 2:0.
22:00
“Sabah” “Slaviya” ilə oyunda hesabı açıb
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya” komandası ilə qarşılaşmada hesabı açıb.
Crossmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşün 49-cu dəqiqəsində Kahim Parris fərqlənərək Azərbaycan təmsilçisini hesabda önə keçirib.
21:51
“Sabah” və Çexiyanın “Slaviya” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk 45 dəqiqəsində komandalar fərqlənə bilməyiblər.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
21:10
“Sabah” və Çexiyanın “Slaviya” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Crossmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
22:40 13.10.2026
Oxunuş sayı: 133