Azərbaycan alternativ bazarlara çıxmalıdır

İllərdir Azərbaycan Rus bazarından asılılığın azaldılması ilə bağlı müzakirələr aparsa da, təəssüf ki, hələ də kənd təsərrüfatı məhsullarımızın 80 faizindən çoxu bu bazara göndərilir. Məsələn, pomidor ixracının böyük əksəriyyəti Rusiyanın payına düşür ki, bu da sağlam iqtisadi model deyil. Azərbaycan çoxdan alternativ bazarlar barədə düşünməli idi və indiki şəraitdə bu proses qaçılmazdır.
Bu sözləri Crossmedia.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı yüksək olsa da, ixracın tək bir bazardan asılı vəziyyətdə qalması risklidir.
Ekspertin sözlərinə görə, Azərbaycanın qarşısında bir sıra perspektivli alternativ bazarlar mövcuddur:
“ Azərbaycan üçün yeni bazar imkanları çoxdur. Körfəz ölkələri var, Mərkəzi Asiya ölkələri var, Pakistan var, hətta Çin var. Çinlə də münasibətlərimiz getdikcə möhkəmlənir. Azərbaycan kənd təsərrüfatı, aqrar sahənin məhsullarını alternativ bazarlara çıxartmaq haqqında vacib qərarlar almalıdır. Yəni gec-tez, indidə olmasa, bir müddətdən sonra münasibətlər normallaşsa belə, Rusiyanın əlindən bu təzyiq mexanizmini almaq lazımdır".
Nihat Tahirov
14:20 02.07.2025
Oxunuş sayı: 920