ABŞ dövlət katibi: “İranın AEBA baş direktorunun həbsi və edam tələbi qəbuledilməzdir”

ABŞ dövlət katibi Marko Rubio İran tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin həbsi və edamına dair çağırışları sərt şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, Rubio bu barədə sosial media hesabında paylaşım edərək bildirib: “Biz AEBA-nın İranda apardığı mühüm yoxlama və monitorinq işini dəstəkləyirik. Baş direktor və agentliyin əməkdaşlarının fədakarlığını və peşəkarlığını yüksək qiymətləndiririk”.
O, İran hakimiyyətinə müraciətlə AEBA əməkdaşlarının təhlükəsizliyini təmin etməyə çağırıb və bu kimi təhdidlərin beynəlxalq əməkdaşlıq prinsiplərinə zidd olduğunu vurğulayıb.
14:40 29.06.2025
Oxunuş sayı: 639