Zelenski ABŞ və Avropadan dəstək istədi

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, iyunun 28-də Rusiya ordusu müxtəlif bölgələrə 61 raket və 477 pilotsuz uçuş aparatı (PUA) ilə genişmiqyaslı hücum təşkil edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumda ballistik, qanadlı və zenit tipli idarə olunan raketlərdən istifadə olunub.
Ukraynanın hava hücumundan müdafiə sistemləri 39 raket və 249 PUA-nı məhv edib, daha 226 PUA yönləndirilərək zərərsizləşdirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, Rusiya yalnız son bir həftədə Ukraynaya qarşı 114 raket, 1270-dən çox PUA və 1100-dən artıq hava bombası tətbiq edib:
“Putin artıq çoxdan dünyanın sülh çağırışlarına məhəl qoymamaq qərarını verib. Ukraynanın hava məkanının müdafiəsi üçün ABŞ və Avropanın daha güclü dəstəyinə ehtiyacımız var”, – deyə Zelenski vurğulayıb.
12:29 29.06.2025
Oxunuş sayı: 822