Paşinyanın dini liderlərlə bağlı paylaşımı “Facebook” tərəfindən bloklanıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın dini liderlərə yönəlmiş tənqidi paylaşımı “Facebook” tərəfindən bloklanıb.
Crossmedia.az erməni mətbuatına istinadən xəbər verir ki, hazırda həmin post ictimaiyyət üçün əlçatan deyil.
Ekspertlərin fikrincə, bu addım Paşinyanın son günlərdə daha ehtiyatlı ritorikaya keçməsinin səbəblərindən biri ola bilər.
Qeyd edək ki, Baş nazirin dini liderlərə yönəlmiş sərt açıqlamaları ölkə daxilində geniş ictimai narazılıq doğurub.
21:57 28.06.2025
Oxunuş sayı: 1223