Rusiya XİN: Saxlanılan azərbaycanlılar ağır cinayətlərə görə istintaqdadır

Rusiya
hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatla
bağlı ilk dəfə rəsmi açıqlama yayıb.
Crossmedia.az
xəbər verir ki, İctimai Televiziyanın Rusiya bürosunun məlumatına görə,
Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi bölgədə etnik cinayətkar qrupun fəaliyyətinin
dayandırıldığını və bir neçə nəfərin saxlanıldığını açıqlayıb.
İstintaqın
versiyasına əsasən, saxlanılan şəxslər 2001, 2010 və 2011-ci illərdə baş vermiş
bir sıra qətl və adam öldürməyə cəhdlərlə əlaqələndirilir. Onlara qarşı Rusiya
Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci maddəsi (qabaqcadan əlbir olaraq və
ya muzdla törədilmiş qətl və ya buna cəhd) üzrə cinayət işi açılıb.
Rusiya
tərəfi bildirib ki, bəzi şübhəlilər artıq əməlini etiraf edib və istintaqla əməkdaşlıq
edir. Onların yaşayış ünvanlarında axtarışlar aparılıb. Hazırda barələrində həbs-qətimkan
tədbirinin seçilməsi məsələsinə baxılır.
Baş vermiş hadisə Rusiya vətəndaşı olan azərbaycanlı icması arasında ciddi narahatlığa səbəb olub. Proses Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən də diqqətlə izlənilir.
18:55 28.06.2025
Oxunuş sayı: 843