BƏƏ rəsmisi: "İran qonşularının etimadını yenidən qazanmalıdır"

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin diplomatik müşaviri Ənvar Qarğaş İranın regiondakı ərəb qonşuları ilə münasibətlərini yenidən qurmasının vacibliyini bildirib. O, “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib ki, İranın Qətərdə yerləşən Əl-Üdeyd adlı ABŞ hərbi bazasına etdiyi raket hücumu bölgədəki etimadı ciddi şəkildə zədələyib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
“Bu gün biz müharibə səhifəsini çevirdiyimiz bir vaxtda, Tehran bölgədəki qonşularının xüsusilə Fars körfəzi ölkələrinin bu hücumla sarsılan etimadını bərpa etməlidir”, deyə Qarğaş yazıb.
O əlavə edib ki, Fars körfəzi ərəb dövlətləri İranla müharibəyə qarşı olduqlarını dəfələrlə ifadə ediblər və beynəlxalq platformalarda gərginliyin azaldılması, xüsusilə də İranın nüvə proqramı ilə bağlı məsələlərin diplomatik yollarla həll olunması üçün çağırışlar ediblər.
Nigar Rəhimova
18:13 28.06.2025
Oxunuş sayı: 903