Özbəkistan və Pakistan yeni logistika marşrutu açmağı planlaşdırır

Özbəkistan və Pakistan arasında ticarət və nəqliyyat sahəsində əməkdaşlıq genişlənir. Özbəkistan tərəfi Pakistan–Özbəkistan–Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri marşrutu üzrə beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasını təklif edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu məsələ Özbəkistan Ticarət və Sənaye Palatası ilə Pakistanın ən iri logistika şirkətlərindən biri olan TCS arasında keçirilmiş danışıqlar zamanı müzakirə olunub.
Görüşdə əsas mövzulardan biri də TCS şirkətinin Özbəkistanda — Nəvai və ya Tirmiz şəhərində logistika mərkəzi açması olub. Bu təşəbbüs, iki ölkə arasında ixrac–idxal əlaqələrinin möhkəmləndirilməsi və yüklərin çatdırılma sürətinin artırılması baxımından əhəmiyyətli hesab olunur.
Görüşün yekununda tərəflər qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar. Sənəd birgə layihələrin icrası və iki ölkə arasında xarici iqtisadi prosedurların sadələşdirilməsi üçün əsas baza yaradacaq.
Mədinə Cəlilova
23:20 27.06.2025
Oxunuş sayı: 564