Siyasi şərhçi: "Özündən əvvəlki prezidentlərə nisbətən Tramp İsrailə daha çox dəstək verir"

Artıq hamıya məlumdur ki, İsrailin İrana hücumu Amerika prezidenti Donald Trampın xeyir-duasi ilə baş tutub. Bunu dunya ilk gündən duymuşdu. Amma ABŞ ordusunun İsrailə dəstək olaraq İranın nüvə obyektlərini bunker əleyhinə ağir bombalarla vurmasindan sonra buna qəti şübhə qalmadı.
Yəni ABŞ İrana hücum etməklə bu müharibənin münaqişə tərəfinə çevrildi. Bunun ardınca isə Donald Tramp İsraillə İran arasında vasitəçilik missiyasını öz üzərinə göturmək istəyir. Donald Tramp cavan vaxti həm də aktyorluq qabiliyyətini sınayıb, bir sıra filmlərdə epizodik rollara çəkilib. Gorünür, həmin rolların havası hələ də Trampın başındadır. Anlamır ki, dünya teatr səhnəsi, o özü isə aktyor deyil ki, bu gün müharibədə münaqişə tərəfi rolunda, sabah isə vasitəçi rolunda çıxış etsin. Amerika tarixində hələ bu qədər savadsız və qabiliyyətsiz lider görməyib. Tramp elə bilir ki, ABŞ qüdrətli dövlət olduğu üçün o, dunyada bütün oyun qaydalarını poza bilər.
Eyni vəziyyətdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması cəhdinin iflasa uğraması bu adama heç bir dərs verməyib. Bu adam sadə həqiqəti başa düşmur ki, münaqişə tərəfi olan dövlət səmimi vasitəçi ola bilməz, olsa da o vasitəçinin sözünə heç bir tərəf qulaq asmaz. Reallıqlar ortadadir, öz strateji tərəfdaşı olan İsrail belə Trampın vasitəçilik missiyasına məhəl qoymadı. Bu belə də olmalıdır. İran ümumiyyətlə Trampı söz sahibi kimi tanımır, çünki onlar qarşı-qarşıya müharibə aparan tərəfdir. Tramp dünya siyasətinin çox unikal ekzemplyarı olaraq qalmaqdadır.
Trampın İran və İsrail arasında atəşkəs vasitəçiliyi nəyə görə iflasa uğradı, ümumən bu müharibənin tək Amerikanın payronajlığı altında həll olunması nə qədər perspektivli ola bilər?
Crossmedia.az-ın Baki-xeber.com saytına istinadən verdiyi xəbərə görə, mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Trampın açıq şəkildə İsrailpərəst mövqe sərgiləməsi, konkret tərəf tutması və məsələyə obyektiv yanaşmaması vəziyyətin bu cür nəticələnməsinə səbəb olub.
Düzdür, Amerika İsraili dəstəkləyən bir siyasət yürüdür, o, İsraillə strateji tərəfdaş və bu ölkənin mövcudluğunu ayaqda saxlayan əsas dövlətdir. Amerika, ümumiyyətlə, Yaxın Şərq siyasətini İsrailin beynəlxalq siyasi maraqları üzərində qurur. Amma özündən əvvəlki prezidentlərə nisbətən Tramp İsrailə daha çox dəstək verir. Bu da problemin Trampın vasitəçiliyi ilə həllində ciddi problemlər yaradır. Amerikanin rəhbərliyi altında bu problemin həll edilməsi birmənali olaraq mümkün deyil.
İsrailin mövcudluğundan bəri bas verən münaqisələr də göstərir ki, bu mümkün deyil. İndi Amerika və İsrail İranı bir hədəf kimi qarşılarına qoyublarsa, bu problem Trampın vasitəçiliyi ilə həll edilə bilməz. Düzdür, İran da öz hərəkətlərində Amerikanı və İsraili qıcıqlandıran davranışlara yol verib, onları özünə qarşı radikallaşdıran davranışları ilə seçilir. "Amerikaya ölüm!", "İsrail yer üzündən silinməlidir" kimi çağırışlar qıcıq doğurur, narazılıq yaradır. Amma Trampın bu problemi Amerika patronajlığı ilə həll etməsi perspektivli görünmür".
18:46 27.06.2025
Oxunuş sayı: 696