“İran ərəb ölkələri deyil ki, bombalayıb çıxsınlar”

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, Vaşinqton Tehrana nüvə proqramı ilə bağlı böhranı diplomatik yollarla həll etmək üçün “maksimum” iki həftəlik bir zaman pəncərəsi təqdim etməyə hazırdır. Trampın sözlərinə görə, bu, Birləşmiş Ştatların hələlik İrana birbaşa hərbi zərbə endirmək niyyətində olmadığını, əvəzində münaqişəni danışıqlar vasitəsilə həll etmək istədiyini göstərir. Lakin bu cür sərt və qısa müddətli ultimatum Tehranda hansı reaksiyalara səbəb olacaq?
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib:
“İran zatən münaqişənin ilk günündən danışıqlara hazırdır. Hətta Makrondan təklif gəlmişdi ki, Fransa vasitəçi olmağa hazırdır. İndi isə ABŞ-nin 2 həftə vaxt verdiyi məsələsi var ortada. Baxmayaraq ki, Netanyahu İranı tam sıxışdırmaq istəyir amma ABŞ bunu istəmir. Hətta ABŞ prezidenti Donal Tramp istəsə belə ABŞ istəməyəcək. Çünki ABŞ tək bir insandan asılı dövlət deyil. Həmçinin ABŞ İraq bataqlığından təzəcə çıxıb və bir daha belə bir bataqlığa düşməz. Bunu da qeyd etmək lazımdır ki, İrana molla deyib keçmək olmaz. İranın güclü hərbi təchizatı var və bu sahədə uğur qazanan dövlətlərdəndir. İran ərəb ölkələri deyil ki, onu asanlıqla bombalayıb çıxsınlar”.
Ayhan
18:27 21.06.2025
Oxunuş sayı: 829