lll qrupda bu ixtisaslarda kəskin artım olacaq

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin son açıqlaması abituriyentlərin və valideynlərin diqqətindədir. O bildirib ki, bu il ali məktəblərə qəbul zamanı III ixtisas qrupu üzrə ballarda artım gözlənilir. Bu artım hansı meyarlara əsaslanır? Hansı ixtisaslarda daha çox artım müşahidə ediləcək?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib:
“DİM rəhbəri Məleykə Abbaszadə bu xəbəri yeni açıqlamasında bildirib. Amma biz 2-3 ay öncə 3-cü ixtisas qrupu üzrə bəzi ixtisaslarda bal artımı olacağının proqnozunu vermişdik. Çünki ötən illə müqayisədə 3-cü ixtisas qrupunda 3000-dən çox artım olub. Bundan əlavə 3-cü qrupda heç bir ixtisasda plan yerində artım yoxdur. Eyni zamanda bu il humanitar yönümlü fənnlərdə nəticələr yüksək olduğu üçün bütün dövrlərlə müqayisədə bu il 3-cü qrup göstəriciləri daha yaxşıdır. Bütün bunlar onu deməyə əsas verir ki, 3-cü qrup nəticələri ötən ildən daha çox fərqlənir və bu keçid ballarına təsir edəcək. Tədrisi ingilis dilində olan ixtisaslarda və bəzi pedaqoji yönümlü ixtisaslarda kəskin bal artımı müşahidə ediləcək”.
Ayhan Ağarzayev
16:52 18.06.2025
Oxunuş sayı: 1369