Azad olunan ərazilərdə çalışan təhsil işçiləri ilk dəfə sertifikasiya imtahanlarında iştirak ediblər
Bərdə və Ağcabədi rayonlarında müəllimlərin sertifikasiya imtahanı keçirilib.
Crossmedia.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib.
Qeyd edək ki, imtahanda 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir.Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan olunub.
13:06 18.06.2025
Oxunuş sayı: 10542