Politoloq Trampı tənqid etdi: "Seçdiyi taktika yanlışdır"

ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib ki, ölkə Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin, hətta ABŞ Konqresinin əksər üzvlərinin buna qarşı çıxmasına baxmayaraq, sülh yolu ilə həllinə cəhd etməyə can atır.
“Dəfələrlə dediyim kimi, Prezident bu münaqişədə sülhün təmin edilməsinə sadiqdir. Sülh milli maraqlarımıza və fikrimizcə, hər iki tərəfin maraqlarına uyğundur, hətta bu sonluq bu zalda əylıəşənlərin və ölkəmizdə olanların çoxları tərəfindən bəyənilməsə belə”, - Pentaqonun rəhbəri deyib.
Heqsetin fikrincə, Rusiya və Ukrayna arasında danışıqlar yolu ilə əldə edilən sülh Amerikanın güclü görünməsinə kömək edəcək.
ABŞ bir müddətdir ki, Şərqi Avropada davam edən müharibəni bitirməyə çalışır. Amma hələ ki buna nail ola bilmir. Bu, rəsmi Vaşinqtonun səmimiliyini sual altına qoyur. Görünür, ya Ağ Evin müharibəni bitirməyə gücü çatmır, ya da heç bunu istəmir.
Bu barədə Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp Ukraynada, həqiqətən, sülhə nail olmağa çalışır: "Amma problem ondadır ki, onun sülh prosesində seçdiy taktika olduqca yanlışdır. Birincisi, Trampın bu taktikası ucbatından ABŞ-nin öz müttəfiqləri ilə münasibətləri ciddi şəkildə korlanıb. Avropa birliyi ilə də ziddiyyətlər var. Digər tərəfdən, Ağ Ev rəhbəri sülhə cəhd eləsə də, ədalət barədə düşünmür. Trampın istəyi odur ki, hansı məzmunda olursa olsun əsas sülh sazişi imzalansın. Bu prosesdə də Ukraynanın sıxışdırılması, kaputilyasiyaya ABŞ üçün maraqlı deyil. Eyni zamanda Trampın bu davranışları onu göstərir ki, Ağ Ev bu müharibədə qazanılacaq bütün uğurları öz adına yazacaq".
Müsahibimizin sözlərinə görə, sülh prosesinin qarşısında ciddi maneələr yaranır: "ABŞ Avropa İttifaqı və NATO üzvü olan dövlətlərlə ortaq şəkildə Ukraynaya ciddi şəkildə dəstək vererek Rusiyanın zəiflədilməsinə nail olanda sülh müqaviləsi imzalana bilər".
Ayhan Ağarzayev
16:02 12.06.2025
Oxunuş sayı: 1002