Yuğ Teatrında “KLOUN BİZZZ” tamaşası



İlk növbədə səhnə əsərinin məna qatının möhtəşəmliyini qeyd etmək, bu məna qatına varan rejissorun quruluşunu vurğulamaq və sənətçilərimizin peşəkar ifalarını təqdir etmək gərəkdir...., lazımdır....., vacibdir.....
Tamaşada sənətlə, teatrla bağlı bir çox nüanslar var.... Aktyorun düşüncəsi...., teatrın "vəziyyəti"...., kloun və aktyorluq arasında gərdiş.....
Sarı, Qırmızı və Yaşıl kimi simvolik adlandırılan klounların "Qoca kloun tələb olunur..." elanına görə bir məkanda toplaşmaları, bu məkanda-gözləmə otağında baş verənlər....
Üç kloun keçmişi yada salmaqla yanaşı hər biri öz fərasətini göstərməyə çalışır, çünki bu klounlardan yalnız biri bu işə seçiləcəkdi, bu da onlar arasında rəqabət yaradır, amma bütün bunların fonunda bir sıra problemlər də diqqətə çatdırılır....
ƏSL KLOUN NECƏ OLMALIDIR???
ƏSL AKTYOR NECƏ OLMALIDIR???
ƏSL TAMAŞA NECƏ OLAR???
Mmmmm.... Necə???....
Tamaşa boyu bu suallara cavab tapmağa çalışdıq, daha doğrusu, çalışdılar, ya da baş verən hadisələr tamaşaçıda bu sualları doğurdu....
"Teatrların ömrü elə də uzun deyil....
Elə ki, ustad öldü... Əsl tənəzzül başlayır..." Sarının səsləndirdiyi bu fikirlər acı həqiqəti əsk etdirir, sonra isə özü də özz dediyinə guya bütün bunlar vecinə deyilmiş kimi "...Əşi başlayır, başlasın da... Cəhənnəmə ki..." fikri ilə qarşılıq verir...
"Biz klounuq... Kloun bizzz... Əslində biz nəyik? Rənglənmiş sir-sifət, cır-cındırla dolu çamadan... Biz yöndəmsiz və mənasız varlıqlarıq..."
".... Tamaşaçılar bilsəydi ki, biz ələ salınmaqdan necə qorxuruq, bizim qəlbimiz kövrək və incədir..." Qırmızı adlı kloun monoloqu ilə klounların həyatına diqqət çəkir...
Bütün bu fikirlər səhnə həlli və aktyor oyunu ilə, möhtəşəm şəkildə tamamlanmışdı...
GÖZƏL İDİ, BAXIMLI İDİ, FAYDALI İDİ...
Bütün heyətə təşəkkürlər!!!
Qeyd edək ki, tamaşa Matey Vişnekin "Qoca Kloun" əsəri əsasında hazırlanıb, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Rolları ifa edənlər Natəvan Qeybani, Zümrüd Qasımova, Təranə Ocaqverdiyevadır.
Aysu Türkel
20:16 09.06.2025
Oxunuş sayı: 5480