Polşanın Müstəqillik Muzeyində AXC-nin irsi haqqında sənədli film nümayiş edilib




Polşanın Müstəqillik Muzeyində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin irsi haqqında sənədli film nümayiş edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Varşavadakı səfiri Nərgiz Qurbanova sosial şəbəkədə yazıb.
“Azərbaycanın Müstəqillik Gününü Varşavada Polşanın Müstəqillik Muzeyində Dr. Şəhla Kazımova və Dr. Malqorzata Piekarska tərəfindən aparılmış Azərbaycan – Polşa əlaqələrinin tarixinə dair mühazirələri oxunması, ardınca müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyətinin irsi haqqında sənədli filmin nümayişi ilə qeyd edirik. Əməkdaşlığa görə direktor müavini Bartlomey Klusekə təşəkkür edirik”, – diplomat qeyd edib.
23:59 28.05.2025
Oxunuş sayı: 859