Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi
Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun direktoru Rahid Ələkbərli “SABAH.city” innovasiya şəhərciyində yaradılan AzTU-nun Süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzinə direktor təyin edilib.
Crossmedia.az xəbər verir ki, Rahid Ələkbərli informasiya sistemlərinin idarə edilməsi üzrə fəlsəfə doktoru, dosentdir. O, müxtəlif dövrlərdə dövlət və özəl qurumlarda məsul vəzifələrdə çalışıb, həmçinin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri olub.
Qeyd edək ki, AzTU-nun Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun idarəetməsi də Rahid Ələkbərliyə həvalə olunub.

18:04 15.10.2026
Oxunuş sayı: 69