"Yüksəliş" müsabiqəsinin seçim mərhələləri haqqında məlumat verilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamını icra etmək məqsədilə 5 may 2025-ci il tarixində “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Bankının insan resursları sahəsində çalışan rəhbər şəxslərə təqdimatı və təlimi baş tutub. Təqdimatda yeni data haqqında ətraflı məlumat verilib. Həmçinin "Yüksəliş" müsabiqəsinin seçim mərhələləri haqqında da məlumat verilib. May ayının ortaları gözlənilən "Yüksəliş" müsabiqəsində 15 min nəfər müraciət edən şəxsdən 7256 nəfərin iştirakı gözlənilir".
Crossmedia.az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin imtahan və insan resursları şöbəsinin müdiri Elmira Məmmədova deyib.
Qeyd edək ki, sayca 5-ci "Yüksəkiş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü ildə müvafiq sərəncam imzalanıb.
Ayhan Ağarzayev
11:02 05.05.2025
Oxunuş sayı: 1024