Berlin məktəblərində etiraz: Şagirdlər hərbi xidmətə qarşı çıxdı
Almaniyanın paytaxtı Berlində şagirdlər təhsilə ayrılan vəsaitin artırılması və məcburi hərbi xidmətin bərpası planlarına etiraz olaraq cümə günü bir neçə məktəbin girişini bağlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın RBB ictimai yayım şirkəti məlumat yayıb.
Məlumata görə, cümə günü səhər saatlarında Fridrixshayın rayonundakı Andreas-Gimnaziyasının qarşısına toplaşan onlarla şagird zibil qablarından istifadə edərək məktəbə girişi məhdudlaşdırıb.
Etirazçılar “Məcburi hərbi xidmətə və təhsil xərclərinin azaldılmasına son”, “Müharibə yox, təhsil”, “Daha az şagirdli siniflər” və “Fransa ilə həmrəylik” şüarları yazılmış plakatlar qaldırıblar.
“Çağırışa qarşı məktəb tətili” təşəbbüsü bildirib ki, aksiyanın əsas məqsədi təhsilə daha çox vəsait ayrılmasını tələb etmək və məcburi hərbi xidmətin yenidən tətbiqi planlarına qarşı çıxmaqdır.
Etirazlar Kreuzberq rayonundakı Leybnits-Gimnaziyasının qarşısında da keçirilib. Bəzi şagirdlər isə Ellen-Key məktəbinin yaxınlığında yürüş ediblər.
Aksiyalar Berlində bazar ertəsi başlayan etirazların davamı olub. Həmin gün şəhərin mərkəzində yerləşən Fransız Gimnaziyasının şagirdləri Fransada keçirilən nümayişlərlə həmrəylik ifadə etmək üçün məktəbə girişi bağlamışdılar.
04:50 17.10.2026
Oxunuş sayı: 59