Səudiyyə Ərəbistanı üzərində üç dron və iki raket vuruldu
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ölkənin cənubunda və Ər-Riyad bölgəsində üç dronun, Qırmızı dəniz üzərində isə iki qanadlı raketin vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, koalisiyanın sözçüsü Türki əl-Maliki bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Əl-Malikinin sözlərinə görə, son bir neçə saat ərzində Səudiyyə Ərəbistanının Yanbu liman şəhərini hədəf alan ballistik raket də ələ keçirilərək məhv edilib.
Bu hadisələr husilərin Səudiyyə Ərəbistanının hava limanlarına və enerji obyektlərinə hücumlarının davam etdiyi bir vaxtda baş verib.
Səudiyyə Ərəbistanı 2015-ci ildən Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləyən hərbi koalisiyaya rəhbərlik edir. Husilər isə 2014-cü ildən paytaxt Səna da daxil olmaqla ölkənin bir sıra ərazilərinə nəzarət edirlər.
Mövcud gərginliyin yeni mərhələsi iyul ayında başlayıb. Bundan əvvəl 2022-ci ilin aprelində BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra bölgədə nisbi sakitlik hökm sürürdü.
03:44 17.10.2026
Oxunuş sayı: 60