Niyə bəzi insanlar vacib işləri son dəqiqəyə saxlayır?
Rusiyalı psixoloq Mariya Polyakova tənbəlliklə prokrastinasiyanın fərqli hallar olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə “RT”yə açıqlamasında danışıb.
Psixoloqun sözlərinə görə, tənbəllik enerji və resurs çatışmazlığı ilə bağlıdır. İnsan hərəkət etmək üçün güc tapa bilmədikdə bu, fiziki və psixoloji tükənmənin əlaməti ola bilər.
Prokrastinasiya isə insanın enerjisi və yerinə yetirməli olduğu tapşırıqları olduğu halda vacib işlərdən yayınmasıdır. Belə vəziyyətdə insan əsas işə başlamaq əvəzinə daha az əhəmiyyətli fəaliyyətlərlə məşğul olur. Bu isə son tarixlərin ötürülməsinə və görülməmiş işlərin yığılmasına səbəb ola bilər.
Polyakova prokrastinasiya ilə mübarizə aparmaq üçün diqqəti yayındıran əşyaları uzaqlaşdırmağı və ev şəraitində işləməyə maneələr varsa, iş yerini dəyişməyi tövsiyə edib.
23:09 16.10.2026
Oxunuş sayı: 64