Küçədə söyüş söydü, panik-atak keçirdiyini dedi- HƏBS OLUNDU
Sumqayıtda ictimai asayişi pozaraq küçədə nalayiq ifadələr işlədən 37 yaşlı şəxs inzibati qaydada həbs olunub.
Crossmedia.az xəbər verir ki, hadisə "Çerkassi" küçəsində baş verib.
Məlumata görə, Şücaət Əmirov (şərti ad) küçədə ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozub. Ərazidə xidmətdə olan polis əməkdaşı ona irad bildirərək hərəkətlərini dayandırmasını tələb etsə də, şəxs qanuni tələbə tabe olmayaraq davranışını davam etdirib.
O, polis tərəfindən saxlanılıb və barəsində müvafiq protokollar tərtib edilib.
Şücaət Əmirov ifadəsində panik atak keçirdiyini, hadisə zamanı işdə əsəbiləşdiyi üçün bu vəziyyətin yarandığını bildirib. O, əməlindən peşman olduğunu deyərək məhkəmədən bunu nəzərə almağı xahiş edib.
Məhkəmənin qərarı ilə həmin şəxs 25 gün müddətinə inzibati qaydada həbs olunub.(Lent.az)
20:42 16.10.2026
Oxunuş sayı: 105